Məxfilik Siyasəti
1. Giriş
Bu Məxfilik Siyasəti, istifadəçilərin şəxsi məlumatlarının necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir. Portalımıza qeydiyyatdan keçməklə və ya xidmətlərdən istifadə etməklə, siz bu siyasətlə razılaşırsınız.
2. Şəxsi Məlumatların Toplanması
Portalımızda qeydiyyat zamanı istifadəçilərdən aşağıdakı şəxsi məlumatlar toplanır:
- Ad, soyad, ata adı
- E-mail ünvanı
- Mobil nömrə
- Şifrə (İstifadəçi hesabı üçün)
Əlavə olaraq, istifadəçilərin portalda fəaliyyətləri haqqında məlumatlar toplanır.
3. Məlumatların İstifadəsi
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- İstifadəçi hesablarının yaradılması və idarə edilməsi
- İstifadəçilərlə əlaqə saxlamaq
- Xidmətlər və ödənişlərlə bağlı məlumatların təqdim edilməsi
- Portalın işlək vəziyyətdə saxlanması
4. Məlumatların Təhlükəsizliyi
İstifadəçilərin şəxsi məlumatları təhlükəsizlik tədbirləri ilə qorunur. Şifrə və digər şəxsi məlumatlar üçün ən yüksək təhlükəsizlik protokolları tətbiq edilir. İstifadəçilər öz məlumatlarının təhlükəsizliyinə cavabdehdir.
5. Məlumatların Üçüncü Şəxslərə Verilməsi
İstifadəçilərin məlumatları yalnız qanuni tələblərə uyğun olaraq və məxfilik siyasətinə uyğun şəkildə üçüncü şəxslərə ötürülə bilər.
6. Xidmətlərə Yazılış və İstifadə
Ödəniş etdikdən sonra, istifadəçi xidmətə və ya sınaq imtahanına yazıla bilər. Hər xidmətin qiyməti portalda göstərilir və balansdan çıxılır. Canlı sınaq imtahanları üçün ödəniş etməyin! Yalnız onlayn sınaq imtahanları üçün ödəniş mümkündür.
7. Ödəniş Şərtləri
Ümumi Müddəalar
Portalımızda ödənişli xidmətlərdən istifadə etmək üçün istifadəçilər Epoint balanslarına ödəniş etməlidirlər. Hər bir xidmətin qiyməti portalda aydın şəkildə göstərilir və istifadəçilər balanslarındakı məbləği istifadə edərək sınaq imtahanlarına və digər xidmətlərə yazıla bilərlər.
Ödəniş Vasitəsi
Ödəniş yalnız Epoint ilə həyata keçirilir. Portalda mövcud olan balansınızı artırmaq üçün Epoint hesabınıza köçürmə edə bilərsiniz.
Epoint Balansının Geri Qaytarılması
Epoint ilə edilən ödənişlər geri qaytarılmır. Yalnız portalda istifadə edilə bilər. Epoint balansınızı yalnız portal daxilində istifadə edə bilərsiniz. Əlavə olaraq, Epoint digər platformalara köçürülə bilməz və digər istifadəçilərə verilməz.
8. İstifadəçinin Məsuliyyətləri
İstifadəçi, portaldan istifadə etməzdən əvvəl bu qaydalarla tanış olmalıdır və öz hesabının təhlükəsizliyinə cavabdehdir. Şəxsi məlumatların doğruluğunu təmin etməli və portalda olan materialları izinsiz paylaşmamalıdır.
9. Portalın Məsuliyyətləri
Portal, istifadəçilərə tam məlumat verəcək və xidmətləri fasiləsiz təqdim edəcək. İstifadəçinin ödədiyi məbləğlər şəxsi kabinetə yüklənəcək və məlumatlar məxfi saxlanacaq.